Nəsimi rayonunda 51 yaşlı keçmiş məhkum Həsənov Araz Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
***
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Abbasov Səyavuş Nəriman oğlu müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
***
Hadisə ilə bağlı Nəsimi rayon prokurorluğu da məlumat yayıb.
Qurumdan bildirilib ki, bu gün 1972-ci il təvəllüdlü Araz Həsənovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1963-cü il təvəllüdlü Səyavuş Abbasovun Nəsimi rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Araz Həsənova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səyavuş Abbasov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Son xəbərlər
Son Xəbərlər