Bakıda iki azyaşlı bacı vəfat etdi

bakida-iki-azyasli-baci-vefat-etdi
Oxunma sayı: 1723

Bakıda iki azyaşlı bacı vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib.

2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova 7 noyabr, kiçik bacısı 2017-ci il təvəllüdlü Nuranə isə 23 noyabr tarixində dünyasını dəyişib.

Yaxınları qızların tibbi yardım aldıqlarını və həkim səhlənkarlığından həyatlarını itirdiklərini iddia ediblər.

Ziya Əmirxanlı