Bakıda ağır yol qəzası - 25 yaşlı oğlan öldü

bakida-agir-yol-qezasi
Oxunma sayı: 4034

Bakıda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Əjdər Məlikov küçəsində 1997-ci il təvəllüdlü Ümid Əliyevin idarə etdiyi “Mitsubishi Lancer” markalı avtomobil “İsuzu” markalı yük maşınına çırpılıb.

Nəticədə 25 yaşlı sürücü aldığı xəsarətlərdən vəfat edib. Onun sərnişini Emin Abdullayev isə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Nizam Rza