“Bakı Kristal Zalı” Gənclər və İdman Nazirliyinin tabeliyinə verildi

baki-kristal-zali-gencler-ve-idman-nazirliyinin-tabeliyine-verildi
Oxunma sayı: 2046

İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Bakı Kristal Zalı” Məhdud Məsuliyyətli Cəmiyyəti Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalyıb.

Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında təsərrüfathesablı qurumlar bölməsinə “Bakı Kristal Zalı” MMC əlavə edilib.

İqtisadiyyat Nazirliyi və Gənclər və İdman Nazirliyi bu qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidir.