“Bağdadi ABŞ-ın “məhsulu” olub” - Lavrov+Video

bagdadi-abs-in-mehsulu-olub
Oxunma sayı: 2409

Rusiya Xarici İşlər naziri Sergey Lavrov İŞİD lideri Əbubəkr əl-Bağdadinin öldürülməsindən danışıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, terrorçunun ölümü hələ təsdiqlənmədiyi üçün XİN ətraflı məlumat gözləyir:

“Hər şey təntənəli surətdə və qələbə kimi elan edildi. Hərbçilərimiz əlavə faktları öyrənirlər. ABŞ-ın söylədiklərini hələ təsdiq edə bilmirlər”.

Lavrovun sözlərinə görə, Bağdadi “ABŞ-ın məhsulu” olub. Bununla belə, nazir Bağdadinin öldürülməsi faktı doğru olarsa, bunu müsbət addım adlandırıb.