“Azeri Light”ın qiyməti 100 dolları keçdi

azeri-lightin-qiymeti-100-dollari-kecdi
Oxunma sayı: 596

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,23 ABŞ dolları və ya 1,24% artaraq 100,63 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 99,40 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.