Azərbaycanlı iş adamı Turqut Hüseynov beynəlxalq uğurlarından danışdı - Video

azerbaycanli-is-adami-turqut-huseynov-beynelxalq-ugurlarindan-danisdi
Oxunma sayı: 247

“Tourgood Travel” şirkətinin təsisçisi Turqut Hüseynov 2020-ci ildən bu günə qədər çoxsaylı beynəlxalq mükafatlar qazanaraq Azərbaycanı dünya turizm arenasında uğurla təmsil edir.

“Qafqazinfo” xəbər verir ki, hər il müxtəlif ölkələrdə keçirilən mötəbər beynəlxalq tədbirlərdə yüksək mükafatlara layiq görülən “Tourgood Travel” şirkətinin rəhbəri Turqut Hüseynov qazandığı uğurlarla bağlı fikirlərini bölüşüb:

“Bəzən düşünə bilərlər ki, bu qədər mükafat, bu qədər uğur insanı dəyişdirir, təkəbbürlü edir. Amma bizdə bunun tam əksidir. Qazandığımız hər bir mükafat bizi turistlərimizə qarşı daha diqqətli, daha məsuliyyətli olmağa vadar edir. Çünki çox gözəl anlayırıq ki, bu gün olduğumuz yerə məhz sizin sayənizdə gəlib çatmışıq.

“Tourgood Travel” olaraq bizim üçün ən böyük mükafat beynəlxalq səhnələrdə aldığımız kuboklar deyil, sizin bizə olan etimadınız və səyahətlərinizdən məmnun qayıtmağınızdır.

Hər bir beynəlxalq uğurumuz bizim üçün sadəcə qürur mənbəyi deyil, həm də turistlərimiz qarşısında daha böyük məsuliyyət deməkdir.

Bu uğurlar təkcə mənim deyil, bütün “Tourgood Travel” ailəsinin və bizə güvənən turistlərimizin uğurudur.

Yaxşı ki, varsınız! Hər birinizə ürəkdən təşəkkür edirəm!”

Turqut Hüseynov qeyd edib ki, şirkətin əsas məqsədi yalnız beynəlxalq mükafatlar qazanmaq deyil, Azərbaycanın turizm sektorunu layiqincə təmsil etmək və turistlərin etimadını hər zaman doğrultmaqdır.