Azərbaycanla Litva strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb

azerbaycanla-litva-strateji-terefdasliq-haqqinda-birge-beyanname-imzalayib
Oxunma sayı: 736

Azərbaycan və Litvanın xarici işlər nazirləri Ceyhun Bayramovla Kestutis Budris iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. 

Bunun Azərbaycan-Litva münasibətlərində mühüm mərhələ olduğu, ikitərəfli əməkdaşlığın gücləndirilməsi və siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, kommunikasiya və qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni zəmin yaratdığı bildirilib.