Hazırda ölkəmizdə səfərdə olan MMA döyüşçüsü Rafael Fiziyev UFC-də Azərbaycanı təmsil edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, İnstaqram hesabında paylaşım edib.
Qeyd edək ki, Fiziyev əslən azərbaycanlı olsa da, Qazaxıstanda doğulub. O, uzun müddət UFC-də Qırğızıstanı təmsil edib. Bir neçə ay öncə bu ölkədə problemlərlə qarşılaşan idmançı Qırğızıstan bayrağı altında çıxış etməkdən imtina edib.
Məlumat üçün bildirək ki, R.Fiziyev Azərbaycanın UFC-də ilk döyüşçüsü olacaq.
Elsevər Məmmədov