Azərbaycan Premyer Liqasının hesabat turunda keçirilən “Turan Tovuz” - “Araz Naxçıvan” matçı zamanı şok olay yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, matçın keçirildiyi Tovuz şəhər stadionunun işıq dirəklərindən biri aşıb.
Xoşbəxtlikdən işıq dirəyi boşluğa düşüb və meydanda, tribunada olanlardan xəsarət alan olmayıb.
Nəticədə matç 82-ci dəqiqədə yarıda dayandırılıb.
***
Peşəkar Futbol Liqasının idman şöbəsinin direktoru Elgiz Abbasov bildirib ki, Tovuzdakı bədbəxt hadisədə xəsarət alan yoxdur, azarkeşlər evakuasiya olunub, futbolçular, oyun rəsmiləri təhlükəsiz ərazidədir.
Canlı yayıma yansıyan dəhşətli anın görüntülərini təqdim edirik:
***
“Turan Tovuz” - “Araz-Naxçıvan” matçı dekabrın 24-ü 12:00-dan etibarən qaldığı yerdən davam etdiriləcək.
Son xəbərlər
Son Xəbərlər