Azərbaycan XİN Çexiyaya başsağlığı verdi

azerbaycan-xin-cexiyaya-bassagligi-verdi
Oxunma sayı: 2487

Azərbaycanın Xarici İşlər Nazirliyi Çexiyaya başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Çexiyanın Praqa şəhərindəki Karlov Universitetində baş verən atışma nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Bu faciəli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”, - paylaşımda qeyd olunub.