Azərbaycan vətəndaşı Rusiyada qəzada öldü

azerbaycan-vetendasi-rusiyada-qezada-oldu
Oxunma sayı: 1407

Rusiyada Azərbaycan vətəndaşının həlak olması ilə nəticələnin ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” “V1” nəşrinə istinadən xəbər verir ki, hadisə Kalmıkiya Respublikasının paytaxtı Elista şəhəri yaxınlığında qeydə alınıb. 

Məlumata görə, qəza üç nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Belə ki, 50 yaşlı Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı yük avtomobili, “Mercedes” markalı yük avtomobili və “Volkswagen” markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində Azərbaycan vətəndaşı aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Daha iki Rusiya vətəndaşı isə xəsarət alıb. 

Qəzanın iki yük avtomobilinin üz-üzə toqquşması və mikroavtobusa toxunması nəticəsində baş verdiyi bildirilir. 

Oxu.az-ın məlumatına görə, qəza nəticəsində ölən həmyerlimiz Vüqar adlı şəxsdir. Onun Salyan rayonundan olduğu bildirilir.