Azərbaycan Universitetində tələbələr üçün “ACCA F3” təlimi keçiriləcək

azerbaycan-universitetinde-telebeler-ucun-acca-f3-telimi-kecirilecek
Oxunma sayı: 983

Azərbaycan Universitetinin Təlim və Tədris Mərkəzi iş həyatına daha yaxşı hazırlaşmaq, maliyyə uçotu üzrə biliklərini təkmilləşdirmək istəyən tələbələri “ACCA F3 Financial Accounting” təliminə dəvət edir. 

“Qafqazinfo” xəbər verir ki, maliyyə və audit sahəsi üzrə mütəxəssis, “Deloitte” şirkətinin Avstraliya üzrə nümayəndəliyinin əməkdaşı Elnur Fətullayevin aparacağı təlim iştirakçıların istəyinə uyğun olaraq Azərbaycan və ingilis dillərində təşkil olunacaq. Təlimin müddəti 30 saat, ödənişin miqdarı bir nəfər üçün 150 manatdır. Dərslər həftədə 2 dəfə və hər dərs 4 saat olmaqla keçiriləcək. 

Təlimi uğurla başa vuran tələbələrə sertifikat veriləcək. Son müraciət tarixi 10 may 2019-cu ildir. 

Təlimin mövzuları 

Maliyyə hesabatlılığının məğzi və məqsədi
Maliyyə məlumatlarının keyfiyyət xüsusiyyətləri
Biznes əməliyyatlarının qeydiyyatı 
Sınaq balansının hazırlanması
Əsas maliyyə hesabatlarının hazırlanması

Təlimçi haqqında məlumat

Təhsil

Avstraliya Milli Universiteti, Tətbiqi maliyyə üzrə magistr
Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə üzrə bakalavr
CFA sertifikasiyasının sahibi 

Karyera

Deloitte (Avstraliya), Menecer assistenti  
Ernst & Young (EY Azərbaycan), Audit üzrə baş mütəxəssis

Bizimlə əlaqə və qeydiyyat üçün 

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12 (daxili 136)