Azərbaycan U-20 millisi İraqla qolsuz heç-heçə etdi

azerbaycan-u-20-millisi-iraqla-qolsuz-hec-hece-etdi
Oxunma sayı: 290

Azərbaycanın U-20 millisi yoldaşlıq görüşündə İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçirilən matç qolsuz heç-heçə ilə başa çatıb - 0:0.

Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu noyabrın 20-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.