Azərbaycan gimnastları Avropa çempionatı üçün Türkiyəyə getdi

azerbaycan-gimnastlari-avropa-cempionati-ucun-turkiyeye-getdi
Oxunma sayı: 1201

Aerobika gimnastikası üzrə Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək 13-cü Avropa çempionatında mübarizə aparacaq.

“Qafqazinfo” xəbər verir ki, milli üzvləri artıq yarışın baş tutacağı məkana yollanıblar.

Noyabrın 17-19-da təşkil olunacaq qitə birinciliyində Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Leyla Bejanova, Arzu Ağayeva, Sara Əlixanlı, Sənəm Kazımova və Dilarə Qurbanova qüvvələrini sınayacaqlar.