Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq

azad-rehimov-yaxin-gunlerde-bakiya-qayidacaq
Oxunma sayı: 2279

Hazırda xaricdə müalicə edilən gənclər və idman naziri Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

Nazir müavininin sözlərinə görə, A.Rəhimovun səhhəti yaxşıdır: "Nazirlə dünən danışmışam. Heç bir problemi yoxdur. İnşallah, yaxın günlərdə yəqin ki, Bakıya dönəcək”.