İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələrinin yaradılması prosesi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.
M.Pənahov qeyd edib ki, ölkə üzrə bütün seçki məntəqələrində qanunauyğun seçkilərin keçirilməsi üçün bütün lazımi şərait yaradılıb.
O bildirib ki, bütün seçki məntəqələri qanuni çərçivədə fəaliyyət göstərir.
Xatırladaq ki, azad edilən əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması təxmin edilirdi.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər