“Ayrılıq heç asan olmadı...”

ayriliq-hec-asan-olmadi
Oxunma sayı: 45

Türk pop musiqisinin sevilən səsi Göksel illər sonra bitən evliliyi barədə ilk dəfə danışıb. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, məşhur “Parıl Parıl” mahnısını 2003–2007-ci illərdə evli olduğu musiqiçi həyat yoldaşı Alper Erinçə həsr etdiyini açıqlayıb.

2007-ci ildə boşanan sənətçi o günləri belə xatırlayıb: “Alper mənim həm həyatdakı, həm də musiqidəki yoldaşım kimi idi. O ayrılıq heç asan olmadı”. 

Ayrılıqdan sonra musiqiyə sığınaraq yoluna davam etdiyini deyən Göksel bu prosesin onun yaradıcılığına müsbət təsir etdiyini qeyd edib: “Alperdən əvvəl də albomlarım var idi. Həyatda etməkdən ən çox zövq aldığım iş musiqidir. Bir şəkildə yoluma davam etməli idim. Bu dəfə Ozan Çolakoğlu ilə çalışdım. Əslində bir az tənhalıq mənə yaxşı təsir etdi və öz yaradıcılığıma fayda verdi.

Biz Alperlə çox gözəl işlər gördük, o albomlar mənim uzunmüddətli musiqi kimliyimi formalaşdırdı, lakin dördüncü albomdan sonra artıq dəyişikliyə ehtiyacım var idi”.