Axtarışda olan şəxs Firanın evində gizlənibmiş... - Foto

axtarisda-olan-sexs-firanin-evinde-gizlenibmis
Oxunma sayı: 2367

Aparıcı Fira Cəlilovanın evində tutulan şəxslə bağlı bəzi faktlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, keçirilən tədbirlərlə törətdiyi çoxsaylı cinayətlərə görə axtarışda olan şəxsin bilə-bilə evdə gizlədilməsi məlum olub.

Saxlanılan Əlihüseyn Hüseynovun Fira Cəlilova ilə hər hansı qohumluq əlaqəsinin olmaması müəyyən edilib.

Qeyd edək ki, dünən aparıcı Fira Cəlilova (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evinə hücum edildiyini iddia edib. Onun sözlərinə görə, beş avtomobillə gələn, təxminən 15 nəfərdən ibarət naməlum şəxs evinə daxil olaraq oğurluq edib.

DİN-in Mətbuat xidmətindən aparıcının iddiaları ilə bağlı bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub. Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.