Avtomobilin vurduğu piyada 2 gün sonra öldü

avtomobilin-vurdugu-piyada-2-gun-sonra-oldu
Oxunma sayı: 447

Ağcabədidə 2 gün əvvəl avtomobillə vurulan piyada ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.

Ağdam rayon sakini Elxan Şirinovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurduğu Hindarx qəsəbə sakini 1988-ci il təvəllüdlü Elmin Rüstəmov xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı