Qaxda avtomobil təmiri sexi içərisindəki avtomobillə birlikdə yanıb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Əliağa Vahid küçəsində Eyvaz Rəsulova məxsus ümumi sahəsi 45 kvadratmetr olan avtomobil təmiri sexində baş verib.
Yanğın zamanı sexdə təmirdə olan Qax rayon sakini Zaur Abbasova məxsus 55-CB-215 dövlət qeydiyyat nişanlı "VAZ-21011" markalı avtomobil də yanıb.
Yaxınlıqda olan obyektlər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov