Avropa İttifaqı Elon Maskın rəhbərlik etdiyi “X” sosial media şirkətini Rəqəmsal Xidmətlər Qanununun (DSA) pozulması şübhəsi ilə araşdırır.
“Qafqazinfo” “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bu haqda Avropa komissarı Tyerri Breton məlumat verib.
“Bu gün biz Rəqəmsal Xidmətlər Aktı ilə “X”ə qarşı rəsmi pozuntu prosedurlarını açırıq”,- deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, araşdırma oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra gündəmə gəlib. Belə ki, sosial şəbəkədən Yaxın Şərqdəki böhran şəraitində qeyri-qanuni məzmun və yalan məlumat yaymaq üçün istifadə olunduğu iddia olunur.


Son xəbərlər
Son Xəbərlər