ATU-nun Tədris Terapevtik Klinikası ənənəvi fəaliyyətini bərpa etdi

atu-nun-tedris-terapevtik-klinikasi-enenevi-fealiyyetini-berpa-etdi
Oxunma sayı: 2268

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası fəaliyyətini yenidən ənənəvi qaydada davam etdirəcək.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə klinikanın sosial şəbəkə hesabında məlumat paylaşılıb.

“Klinika professorlar, dosentlər və peşəkar tibbi heyətlə yenidən xidmətinizdədir”, - klinikanın açıqlamasında deyilir.

Xatırladaq ki, klinika ölkədə pandemiya ilə mübarizə çərçivəsində koronavirus xəstəxanasına çevrilmişdi və fəaliyyətini bu istiqamətdə təşkil etmişdi.