Ardıcıl 7-ci dəfə Asiyada ilin futbolçusu seçildi

ardicil-7-ci-defe-asiyada-ilin-futbolcusu-secildi
Oxunma sayı: 1532

“Tottenhem”in kapitanı Son Hın Min ardıcıl 7-ci dəfə Asiyada ilin futbolçusu seçilib.

“Qafqazinfo” xəbər verir ki, mükafat Asiya Futbol Konfederasiyasını təmsil edən çempionatlarda çıxış edən futbolçular arasından seçilir.

Cənubi Koreya millisinin üzvü ümumilikdə 9-cu dəfə bu mükafatı qazanır. O, səsvermədə “Bavariya”dakı həmyerlisi Kim Min Ceni qabaqlayıb.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2015-ci ildən “Tottenhem”də çıxış edir.