Stilist Anar Ağakişiyev Azərbaycanda fəaliyyət göstərən “Bolt” taksi şirkətindən şikayət edib.
“Qafqazinfo” xəbər verir ki, o, instaqram vasitəsilə etdiyi videomüraciətdə xidmət sürücülərini təlimatsızlıqda ittiham edib: “Avtomobilimi servisə vermişəm, iki-üç gündür taksiylə gəzirəm. “Bolt”dan istifadə edirəm. Sürücülərinizi işə götürəndə təlimat dərsi keçin. Haradan hara gedəcəyimi işarələyirəm, zəng edib deyirlər, hara gedirik? Bəhanə edir ki, sistemdə görmürəm”.
Ağakişiyevin sözlərinə görə, sürücülər onlara ucuz başa gələn yolu getmək istəmir: “3 manatlıq yoldur, getmək istəmir Sistemdə göstərir 3 dəqiqə, zəng vurur ki, 6 dəqiqəyə çatacağam. Məni azdırmaq istəyir, 3 manatlıq yolu getmək istəmir. Limit qoyun ki, 10 manatdan aşağı sifariş götürmürük. XXI əsrdə yaşayırıq, sürücü sənə zəng edir ki, hara gedəcəyik? Tək mən yox, dostlarım da bunu deyir”.
O, analoji hallarla xarici ölkələrdə rastlaşmadığını əlavə edib: “Xaricdə taksidən istifadə edirəm, heç vaxt belə halla rastlaşmamışam. Özü də “Bolt”dan istifadə edirəm, ancaq bizimkilərdə var. Mütləq zəng etməlidir. İndi də sifariş etmişəm, xəritədə göstərir 2 dəqiqə, özü zəng edir ki, 6 dəqiqəyə çatıram. 50 dənə sual verirlər, sisteminiz var, işləmir? İnsanlar əziyyət çəkir. Kartla ödəniş olanda götürmürlər. Müştəri eşitməməlidir: kartla, nağd, gecikirəm, hara gedirik”.
Həmçinin oxuyun: İlhamə “Bolt Food”u fırıldaqçılıqda ittiham etdi