Amerikalı rəssam 120 minlik bananı yedi - Video

amerikali-ressam-120-minlik-banani-yedi
Oxunma sayı: 3942

Amerikalı rəssam David Datuna italiyalı həmkarı Mauritsio Kattelanın Mayami-Biçdə “Art-Bazel” müasir incəsənət yarmarkasında sərgilənən “Komik” əsərini yeyib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Miami Hereland” portalı xəbər verib.

Polis əməkdaşları Datunu sərgi zalından çıxarsalar da, həbs etməyiblər.

İncəsənət obyekti yenisi ilə əvəzlənib. Qaleranın müdiri Lüsyen Terras bildirib ki, əsəri məhv etmək olmaz, çünki “banan – ideyadır”.

Qeyd edək ki, daha əvvəl bu divara “skoç”la yapışdırılmış banan 120 min dollara satılmışdı. Onu Fransadan olan kolleksioner əldə etmişdi.