Amerikada polis “Bakılı balası”nı dinlədi - Video

amerikada-polis-bakili-balasini-dinledi
Oxunma sayı: 758

2013-cü il “Avroviziya” təmsilçimiz Fərid Məmmədov maraqlı paylaşım edib. 

“Qafqazinfo” xəbər verir ki, Amerikada yaşayan müğənni küçədə polis maşınındakı polisin Xalq artisti Eyyub Yaqubovun ifası olan “Bakılı balası”nı dinlədiyini müşahidə edib.

F.Məmmədov videoya “bu polis qardaş bizimkidir” sözlərini yazıb.

Qeyd edək ki, F.Məmmədov 2013-cü ildə İsveçin Malmö şəhərində keçirilən Avroviziya mahnı müsabiqəsində ölkəmizi “Hold Me” mahnısı ilə təmsil edib və 234 xalla ikinci yeri tutub.

Sözügedən görüntüləri təqdim edirik: