Almaniyanın mərkəzi, qərbi və cənub-qərbində güclü qar yağması və həddindən artıq buzlaşma səbəbindən bəzi uçuşlar həyata keçirilə bilməyib və magistral yollarda çoxlu qəzalar baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, günorta saatlarından başlayaraq xüsusilə, ölkənin mərkəz və cənubunda güclü qar yağacağı və həddindən artıq buzlaşma olacağı gözlənilir.
İdarə günorta saatlarından etibarən Frankfurt hava limanında uçuşların həyata keçirilmədiyini açıqlayıb.

Son xəbərlər
Son Xəbərlər