Pxuketdən Nyu-Dehliyə uçan “Air India” təyyarəsi güclü burulğana düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda NDTV telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə zamanı dörd ekipaj üzvü də daxil olmaqla 17 nəfər xəsarət alıb, təyyarəyə isə ziyan dəyib.
Aviaşirkət təyyarənin Dehlidə təhlükəsiz şəkildə endiyini, bütün sərnişinlərin və ekipaj üzvlərinin isə təyyarədən düşdüyünü bildirib.
Son xəbərlər
Son Xəbərlər