Aİ ölkələri Qırmızı dəniz əməliyyatında iştirak edəcəklər

ai-olkeleri-qirmizi-deniz-emeliyyatinda-istirak-edecekler
Oxunma sayı: 2211

Avropa İttifaqına üzv ölkələr Qırmızı dənizdə ABŞ-nin “Prosperity Guardian” əməliyyatında iştirak etməyi qərara alıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel deyib.

“Husilərin məsuliyyətsiz hərəkətləri Qırmızı dənizdə gəmilərin hərəkətinə təhlükədir. Aİ-nin daimi nümayəndələrinin bugünkü fövqəladə iclasında üzv dövlətlər ABŞ-nin keçirəcəyi əməliyyata töhfə verməyə razılaşdılar”, - Borrel bildirib.

Qeyd edək ki, ABŞ-nin “Prosperity Guardian” əməliyyatı Qırmızı dənizdə gəmilərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.