Ağrılar nədən yaranır?

agrilar-neden-yaranir
Oxunma sayı: 2586

Refleksoterapevt, Referans Bayıl filialının Baş həkimi Dr. Məftun Adilli son zamanlar artan ağrılar haqqında “Qafqazinfo”nun suallarını cavablandırıb.

Doktor sizin müalicə üsullarınız cərrahiyyənin qarşısını ala bilirmi?

Hal-hazırkı dövrümüzdə  elə xəstəliklər və onların müalicə üsulları mövcuddur ki, əvvəlki dövrlərdə, həmçinin 30-40 il bundan öncə bu xəstəliklərlə bağlı fərqli müalicə metodları tətbiq olunurdu. Müasir dövrdə tibbin inkişafı nəticəsində yaranan  yeni müalicə üsulları vasitəsilə: invaziv yollarla, qapalı üsullarla və yaxud  digər  müdaxilələrlə xəstəlikləri aradan qaldırmaq mümkündür. Sualınıza cavab olaraq bildirmək istərdim ki, müalicə etdiyim nevroloji və refleksoterapevtik yəni, sinir-əzələ ağrılarının müalicə metodları ilə əlaqədar dünyada ən son tibbi yeniliklər meydana gəlir.

Əgər pasiyent ağrılarla bizə müraciət etmişdirsə, əminliklə deyə bilərəm ki, bizim edəcəyimiz tibbi müalicə metodları tam olaraq cərrahi müdaxilənin qarşısını alır.

Ağrılar nədən yaranır?

Ağrıların yaranma səbəbi müxtəlifdir. Bunlar əsasən travmatik və ya  infeksiyon ağrılar ola bilər. Eyni zamanda qazanılmış, xroniki, soyuqdəymə nəticəsində də ağrılar yarana bilər. Əgər ağrı varsa, deməli hər hansısa bir nahiyədə: əzələdə, sinirdə, sümükdə  və ya bədənin hansısa bölgəsində problem mövcuddur.

 Bu gün sizə ən çox hansı ağrılardan əziyyət çəkənlər müraciət edir?

Mənə müraciət edən pasiyentlər arasında baş ağrıları, miqren, onurğa sütununda olan yırtıqlar, protruziyalar, bel ağrıları, ağrıların ayaqlara vurması, oynaqda olan osteoporozlar, sümük ərimələri, dekalsinasiyalar, hialuron turşusunun azalması, sinir-əzələ və çiyin ağrıları şikayəti olanlar üstünlük təşkil edir. Ağrıların aradan götürülməsi üçün bir çox müalicə növü tətbiq olunur: “Akupunktura” , yəni “iynə batırma”,  manual terapiya, əllə müdaxilə (masaj) və farmakopunktura.

Farmakopunktura necə bir prosedurdur?

Farmakopunkturanın izahı ilə bağlı onu deyə bilərəm ki, bu metod dərman vasitəsinin şipris vasitəsilə orqanizmə inyeksiyasıdır. Bu metod ağrıların götürülməsində istifadə olunur. Ağrılardan xilas olmanın orqanizmə təsiri, müalicə müddəti və effektivliyi barədə məlumat vermək istərdim. Ağrıların aradan qaldırılması iki formada olur:

1. Təcili olaraq ağrını blokada edib aradan qaldırmaq: Bu ən çox idmançılarda və travma alan insanlarda (futbolçularda və yaxud da idman zalına gedən insanlarda) hansısa fiziki qüvvənin təsiri nəticəsində meydana çıxan ağrıdır. Belə olan halda pasiyent qısa müddətdə ağrıdan xilas olmaq istəyir və biz blokada edib ağrını aradan qaldırırıq.

2. Əgər ağrı xronikidirsə, və ya ağrı pasiyentin bel nahiyəsində radikuloişalgiyalar, fibromialgiyalar və digər formada özünü biruzə verirsə, kurs müalicə vasitəsilə bu tip ağrılar tərəfimizdən tam olaraq aradan qaldırılır. Pasiyent müraciət etdikdən sonra biz onu ətraflı müayinə edərək dəqiq diaqnoz qoyuruq. Diaqnoz qoyduqdan sonra pasiyentdən analizlər götürürük və prosedura başlayırıq. İlk kurs müalicədə 5 dəfə prosedur edirik. Pasiyent 2-3 və ya 4 gün fasilə ilə yəni, cəmi 20 gün ərzində 5 dəfə prosedura gəlir. Müalicə bitdikdən 2 ay sonra pasiyenti yenidən çağırırıq və ehtiyac olarsa təkrar prosedur (farmakopunktura) həyata keçiririk. 6 ayın tamamında tam olaraq, 2-ci və yaxud 3-cü kurs müalicə gedir. Bununla da xəstə bütün şikayətlərindən azad olur. Bu tam olaraq effektiv metoddur.

Daha hansı xəstəliklər bu prosedurlarla müalicə edilir?

Bütün dünyada, eləcə də Azərbaycanda mövcud olan bəzi ağır xəstəliklər var ki, onların müalicəsinin guya olmadığı bildirilir, məsələn: miqren, mahmız sümüyünün çıxıntısı, diz nahiyəsində olan yeyilmələr. Dünya tibb elmində, alqoloji cəmiyyətlərdə, beynəlxalq tibbi təşkilatlarda, Ümumdünya Səhiyyə Təşkilatında Farmakopunktura metodunun mövcudluğu təsdiqlənir. Bəzən bildirilir ki, miqren, mahmız sümüyünün çıxıntısı, diz oynaqlarında yeyilmələr, bel ağrıları üçün cərrahi müdaxilə mütləqdir, lakin farmakopunktura metodu ilə bütün bu xəstəliklər müalicə edilə bilər.

Əgər davamlı ağrıların cərrahi müdaxiləyə ehtiyacı yoxdursa farmakopunktura ən son və ən effektiv tibbi metoddur. Pasiyentin bədəninin istənilən nahiyəsində ağrı varsa, tərəfimizdən Referans Poliklinik Bayıl filialında  müayinə və müalicə olunur, sağlam addımlarla həyatına davam edir. 

https://www.facebook.com/profile.php?id=100087294918244

https://www.instagram.com/referanspoliklinika/

Çağrı Mərkəzi: *0033

Mob: +994 773440033
Whatsapp: +994 70 653 00 33