Ağdaşda mikroavtobus yanıb

agdasda-mikroavtobus-yanib
Oxunma sayı: 1785

Ağdaş rayonunda mikroavtobus yanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qumlaq kəndi ərazisində baş verib.

Yanğın yerinə Ağdaş Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı Şirinov Rəhman Həmid oğluna məxsus “Mercedes” markalı  mikroavtobus tamamilə yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov