Ağ Evdə daha bir istefa

ag-evde-daha-bir-istefa
Oxunma sayı: 1311

Ağ Ev rəhbərinin müavini Deniel Uolş istefaya gedib.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, 28 il dövlət qulluğunda çalışan Uolş istefadan sonra özəl sektora getməyi planlaşdırır.

ABŞ Prezidenti Donald Tramp onu  öz komandasının fantastik üzvü kimi dəyərləndirib.

“Ağ Evdə bacarıqlarını inkişaf etdirən bütün şəxslər kimi o da özəl sektorda böyük bir iş təklifini qəbul etdi”, - deyə Trampın bəyanatında deyilir.

Onun yerinə kimin gətiriləcəyi hələ ki, məlum deyil.