Ağ Ev ərazisində kokain aşkarlandı

ag-ev-erazisinde-kokain-askarlandi
Oxunma sayı: 1415

ABŞ-də Ağ Evin ərazisində ağ toz aşkarlanıb.

Bu barədə “Qafqazinfo” “The Washington Post” qəzetinə istinadən xəbər verir.

Ölkə rəhbərliyini mühafizə edən ABŞ Gizli Xidməti ağ tozun Ağ Ev ərazisinə necə gəlib çıxdığını araşdırır.

Qəzetin mənbəsinin sözlərinə görə, maddənin kokain olduğu məlum olub.

ABŞ Gizli Xidmətinin rəsmi nümayəndəsi Entoni Guglielmi bildirib ki, şübhəli maddənin aşkarlanmasından sonra Ağ Evdə olan məmurlar bir müddətlik təxliyə edilib. ABŞ Prezidenti Co Bayden həmin vaxt binada olmayıb.