AFFA daha bir futbolçunu milliləşdirir

affa-daha-bir-futbolcunu-millilesdirir
Oxunma sayı: 2240

Türkiyənin “Alanyaspor” klubunun futbolçusu Məhəmməd Mustafa Yıldırım Azərbaycanın U-19 yığmasına dəvət alıb.

“Qafqazinfo” “Yeni Alanya”ya istinadən xəbər verir ki, 17 yaşlı hücumçu millinin yanvarın 18-dən 28-dək davam edəcək Antalya hazırlığında iştirak edəcək.
 
Mustafa Yıldırım “Alanyaspor”un yetirməsidir.
 
Mustafa U-19 elit liqasında 14 oyuna 1 qol vurub.