AFEN Plaza yeniləndi - Fotolar

afen-plaza-yenilendi
Oxunma sayı: 5384

Bakının Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən “AFEN” Plaza yenilənib. 

“Qafqazinfo”nun məlumatına görə, plaza müştərilərə yeni təmir edilmiş otaqlar təklif edir. Biznes mərkəzində havalandırma sistemi də yenilənib, müasir lift quraşdırılıb. 

Plaza yanğından mühafizə sistemi və bütün ofislər yanğın əleyhinə avadanlıqlarla tam təchiz edilib.

Müştərilər yüksək keyfiyyətli materiallarla təmir edilmiş, müxtəlif ölçüdə olan  ofis otaqlarını rahatlıqla seçə bilərlər. 

İsti-soyuq su və mühafizə kameraları ilə təmin edilmiş plazada eyni zamanda parklanma ərazisi də var.