“Açıq sərhədlər dövlətləri məhv edir” - Tramp

aciq-serhedler-dovletleri-mehv-edir
Oxunma sayı: 899

ABŞ Prezidenti Donald Tramp sərt miqrasiya siyasətinə sadiq olduğunu bir daha bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” hesabında paylaşım edib.

“Açıq sərhədlər dövlətləri məhv edir! Mən hakimiyyətə gələnə qədər ABŞ də belə ölkələrdən birinə çevrilməyə çox yaxın idi”, – deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti daha əvvəl də bir sıra ölkələri, o cümlədən Avropadakı müttəfiqlərini yumşaq miqrasiya siyasətinə görə dəfələrlə tənqid edib.