“Abşeron” TM-in qarşısında ağır qəza, piyada öldü

abseron-tm-in-qarsisinda-agir-qeza-piyada-oldu
Oxunma sayı: 1635

Dünən Bakı şəhəri, Qaradağ rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Abşeron” Ticarət Mərkəzinin qarşısında İbrahimov İbrahim Arzu oğlu etibarnamə əsasında idarə etdiyi “VAZ 21154” markalı avtomobillə hərəkətdə olarkən yolun sağından soluna keçmək istəyən piyadanı vurub.

Ağır xəsarət alan 1946-cı il təvəllüdlü Əhmədov Əfsər Əkbər oğlu xəstəxanada ölüb.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.