ABŞ-dən Türkiyəyə “F-16” satışı ilə bağlı dəstək

abs-den-turkiyeye-f-16-satisi-ile-bagli-destek
Oxunma sayı: 3337

ABŞ administrasiyası Türkiyəyə “F-16” döyüş təyyarələrinin satışını dəstəklədiyini bəyan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-li həmkarı Co Bayden arasında baş tutan telefon danışığına münasibət bildirərkən deyib.

ABŞ-nin Türkiyəyə “F-16” satışı barədə danışan Kirbi “F-16” modernləşdirmə proqramını Türkiyə üçün dəstəkləməyə davam etdiklərini qeyd edib.