Qəzza müharibəsi zamanı Husilərin hücumlarını dayandırmaq məqsədilə ABŞ-nin rəhbərlik etdiyi yeni dəniz qüvvələri yaradılıb.
“Qafqazinfo” “Əl-Cəzirəyə” istinadən xəbər verir ki, Husilər İsrailin Qəzzaya hücumları bitmədikcə onlar da gəmilərə hücumları dayandırmayacaqlarını bildiriblər.
Hələlik gəmiçilik sənayesi işçi qrupunun onları dayandıra biləcəyinə əmin deyil.
Qeyd edək ki, Pentaqon Qırmızı dənizdə husilərin gəmilərə yüzlərlə hücum etdiyini açıqlayıb.
Təşəbbüs də məhz gəmilərin Yəmən yaxınlığındakı sıx su yollarından təhlükəsiz keçə bilməsini təmin etmək məqsədi daşıyır.
Son xəbərlər
Son Xəbərlər