ABŞ-də hava şarı qəzaya uğrayıb - 4 nəfər ölüb

abs-de-hava-sari-qezaya-ugrayib
Oxunma sayı: 1347

ABŞ-nin Arizona ştatında hava şarının qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Arizona ştatının Eloy şəhərində baş verib.

Polis rəsmiləri qəzada 4 nəfərin öldüyünü, 1 nəfərin isə ağır yaralandığını açıqlayıb.

Bununla yanaşı, hava şarının düşmə səbəbinin hələlik bəlli olmadığı, hadisə ilə bağlı istintaq aparıldığı bildirilib.

Eloy Polis Departamentinin rəisi Byron Gvaltney qəza zamanı səkkiz paraşütçünün sağ qaldığını qeyd edib.