ABŞ-nin Alabama ştatının Birmingem şəhərində futbol matçından sonra silahlı hücum baş verib.
“Qafqazinfo” xəbər verir ki, nəticədə 1 nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb.
Bildirib ki, insident ənənəvi “Magic City Classic” oyunu yekunlaşdıqdan sonra “Legion Field” stadionu yaxınlığındakı ərazidə qeydə alınıb.
Azarkeşlərin əksəriyyətinin ərazini tərk etməsi sayəsində daha böyük tələfatın qarşısı alınıb.
Hadisə yerindən bir neçə odlu silah müsadirə olunub.
Faktla bağlı araşdırma başlanılıb, 1 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər