ABŞ bu ölkəyə 224 milyonluq hərbi vasitə göndərir

abs-bu-olkeye-224-milyonluq-herbi-vasite-gonderir
Oxunma sayı: 2291

ABŞ Dövlət Departamenti Polşaya 224 milyon dollarlıq vasitənin verilməsini təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, bunlar hərbi rabitə avadanlığı və lazımi maddi-texniki təchizatıdır. Polşa hakimiyyəti həmçinin ABŞ-dan şəbəkə radiostansiyaları, SAASM qoruyucu modulu olan GPS qəbulediciləri, həmçinin köməkçi avadanlıq və ehtiyat hissələri istəyib.