955 Zəng Mərkəzi 2 saat işləməyəcək

955-zeng-merkezi-2-saat-islemeyecek
Oxunma sayı: 1423

Bu  gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə edilən zənglərin qəbulunda fasilə olacaq.

Bu barədə “Qafqazinfo”ya qurumdan məlumat verilib.

Bildirilib ki, saat 10:00-dan 12:00-a qədər davam edəcək fasilə rabitə sistemində aparılan texniki işlərlə əlaqədardır.