9 avqust - Beynəlxalq Yerli Xalqlar Günüdür

9 avqust - Beynəlxalq Yerli Xalqlar Günüdür
Oxunma sayı: 821

Avqustun 9-u Beynəlxalq Yerli Xalqlar Günüdür.

"Qafqazinfo" xatırladır ki, dünyanın 90 ölkəsində yerli xalqları təmsil edən 370 milyona yaxın insan yaşayır. Dünya əhalisinin ən azı 5 faizi, planetin ən yoxsul sakinlərinin 15 faizi onların payına düşür. Yerli xalqlar 5000 müxtəlif mədəniyyət və ümumi sayı təxminən yeddi minə çatan dünya dillərinin böyük əksəriyyətinin daşıyıcılarıdır.

Yerli xalqlar ata-babadan irsən keçən unikal mədəniyyət və ənənələrin daşıyıcılarıdır. Bu, insanın təbiətlə münasibətinə də aiddir. Yerli xalqlar yaşadıqları ictimai mühitdə üstünlük təşkil edənlərdən öz sosial-iqtisadi və mədəni xüsusiyyətlərini qoruyub saxlaya bilirlər. Mədəni müxtəlifliyə baxmayaraq, planetin yerli xalqlarının ümumi problemləri var. Bu, onların özünəməxsus xalqlar kimi hüquqlarının qorunması ilə əlaqədardır.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi