74 yaşlı kişinin meyiti evində tapıldı

74-yasli-kisinin-meyiti-evinde-tapildi
Oxunma sayı: 294

Yevlax şəhərində 74 yaşlı kişinin meyiti aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini 1952-ci il təvəllüdlü Tapdıq Şabanovun meyiti yaşadığı mənzildə tapılıb.

Evdə tək yaşayan şəxsin meyiti qonşuları tərəfindən aşkar edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Ziya Əmirxanlı