“5 günə çatdırmasaq, ödənişin 50%-ni geri qaytarırıq” - “Starex”

5-gune-catdirmasaq-odenisin-50-ni-geri-qaytaririq
Oxunma sayı: 3094

“Starex” daşıma şirkəti gömrüyə bəyan etdiyiniz (“Gömrük sisteminə bəyan etmisiniz” statusuna keçən) bağlamalarınızı 5 iş günü ərzində yerli anbara çatdıracaq.

Bununla bağlı şirkət özü açıqlama yayıb:

“Starex” olaraq hər zaman sifarişləri müştərilərimizə daha sürətli və etibarlı çatdırmaq üçün çalışırıq. Bu səbəbdən qısa zaman öncə Türkiyə anbarımızın ünvanını dəyişib, daha geniş ünvana köçdük. 27 mart tarixindən etibarən isə gömrüyə bəyan etdiyiniz (“Gömrük sisteminə bəyan etmisiniz” statusuna keçən) bağlamalarınızı 5 iş günü ərzində yerli anbarımıza çatdırırıq! Çatdırmadığımız təqdirdə bağlamanızı təhvil aldıqdan sonra çatdırılma ödənişinin 50%-ni starex hesabınıza geri qaytarırıq.

Qeyd edək ki, Gəncə filialımıza çatdırılma müddəti 6 iş günü təşkil edir. 

Şərtlər:

▪️ Bu gündən (27 mart) etibarən gömrükdə bəyan etmisiniz statusuna keçən bağlamalar üçün keçərlidir.

▪️ Yalnız Türkiyədən çatdırılmalar üçün nəzərdə tutulmuşdur.

▪️ Bağlaması gömrükdə qalan müştərilərə şamil edilmir (gömrük sənədinin hazırlanması üçün keçən vaxt və s.)

▪️ Gəncə filialına çatdırılma 6 gündür. 

▪️ Əgər müştəri bağlamanı bəyan etdikdən sonra silibsə, son bəyan etmə tarixinə əsasən hesablanır. 

▪️ Məbləğin 50%-i yalnız müştəri bağlamanı təhvil aldığı zaman balansına qayıdır.

▪️ 5 iş günü nəzərə alınır. ( Bazar günü və digər qeyri-iş günləri nəzərə alınmır)

▪️ Məbləğ müştərinin usd hesabına qaytarılacaq. 

▪️ Müştərinin bağlama üçün yekun ödədiyi məbləğin 50%-i geri qaytarılacaq. 

▪️ Filiallara çatdırılmalara şamil edilir, kuryerlə rayonlara göndərişlərə aid edilmir.