Ölkə kinoteatrlarında nümayiş olunan “44” bədii filmi ilk gündən böyük tamaşaçı marağı ilə qarşılanıb və qısa müddətdə rekord izləyici sayı qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, 15 gün ərzində “44” filmini 122 min tamaşaçı izləyib.
Bu, Azərbaycan kino tarixində kinoteatr nümayişi üzrə rekord baxış deməkdir.
Qeyd edək ki, “44” filminin kinozallarda nümayişi anşlaqla keçir və izləyici marağı nəzərə alınaraq seansların sayı artırılıb. Seansların sayını yenə də artırmaq mümkün olacağı təqdirdə, filmin ümumi izləyici sayının daha yüksək olacağı proqnozlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər