42 yaşında ilk dəfə ana oldu

42-yasinda-ilk-defe-ana-oldu
Oxunma sayı: 440

Dünyaca məşhur kanadalı müğənni Avril Lavin 42 yaşında ilk dəfə ana olub.

“Qafqazinfo” xəbər verir ki, qız övladını dünyaya gətirən sənətçi sosial media hesabında körpəsinin fotolarını paylaşıb.

Müğənni paylaşıma “Kiçik şahzadəmiz gəldi” şərhini əlavə edərək sevincini izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, əvvəllər “Sum 41” qrupunun solisti Derik Uibli və “Nickelback” qrupunun solisti Çad Kroeger ilə evli olmuş sənətçi 2023-cü ildə reper Tayqa ilə münasibətlərinə son qoyub. Həmin ayrılıqdan sonra şəxsi həyatını mediadan uzaq tutmağa üstünlük verən müğənni bu dəfə analıq sevinci ilə gündəmə gəlib.

Xatırladaq ki, 2002-ci ildə işıq üzü görən “Let Go” debüt albomu, eləcə də, “Complicated” və “Sk8er Boi” hitləri ilə beynəlxalq şöhrət qazanan Avril Lavin 2000-ci illərin ən məşhur pop-pank ulduzlarından biri hesab olunur.