35 yaşlı kişi dəm qazından öldü

35-yasli-kisi-dem-qazindan-oldu
Oxunma sayı: 2318

Bakıda 35 yaşlı kişi dəm qazından ölüb.

“Qafqazinfo” xəbər verir ki, Binəqədi rayonu Motodrom yaşayış massivində yerləşən fərdi evdə 1989-cu il təvəllüdlü Elyar Şalikov dəm qazından zəhərlənib. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.